Azərbaycan ən az xeyriyyəçi olan ölkələrdən biridir

Azərbaycan ən az xeyriyyəçi olan ölkələrdən biridir

“Gallup” sorğu təşkilatının yeni hesabatı milyardlarla insanın başqalarına yardım etməyə hazır olduğunu göstərir.

Oxu.Az azadlıq.org-a istinadən xəbər verir ki, təşkilat 140 ölkədə, o cümlədən Azərbaycanda sorğu keçirib.

Bəlli olub ki, ehtiyacı olanlara kömək edənlərin çoxu hansısa xeyriyyə fonduna pul köçürməkdənsə, ehtiyacı olana birbaşa yardım etməyə üstünlük verirlər.

Hesabata görə, başqasına yardım etməyə hazır olan adamların sayı 2,2 milyarda yaxındır. Xeyriyyəçiliyi sevənlərin sayına görə, siyahıya 70 xalla Myanma başçılıq edir. Sonuncu yerdə Çindir – 11 xal toplayıb.

Azərbaycan 21 xalla ən aşağı xal toplayan ölkələrin siyahısına düşüb. Qonşu ölkələrdən Rusiya 22, Ermənistan 21, Gürcüstan 23 xal alıb.

Xeyriyyəçilərin sayına görə, birinci yerdə duran Myanma buddist ənənələrinin çox güclü olduğu ölkədir, məbədlərdə könüllü xidmət, qurban vermə, bağışlama bu ənənələrin bir hissəsidir. Yəqin buna görədir ki, Myanmada sorğuda iştirak edənlərin 91%-i xeyriyyəçilik məqsədilə pul xərclədiyini deyib, demək olar ki, bütün suallara “hə” cavabı veriblər.

N.O.

0
7