Əkiz bacılar "Son öpüş"lərinə klip çəkdirib, təqdim etdilər - VİDEO

Əkiz bacılar "Son öpüş"lərinə klip çəkdirib, təqdim etdilər - VİDEO

Müğənnilər Sevil və Sevinc bacıları ifa etdikləri  “Son öpüş” adlı mahnıya çəkdirdiyi klipi təqdim ediblər. Lent.az-ın məlumatına görə, Rusiyada lentə alınan klipin rejissoru Ketti Sannikova, prodüseri Tarix Əliyevdir. Bacılar bildiriblər ki, ekran işindən çox razıdırlar: “Geyimlərimizi Anita xanım hazırlayıb. “Miss Moskva 2015” gözəlidir. Hazırda modelyerlik edir. Klipə xərclədiyimiz məbləği açıqlamaq istəmirəm. Burada bir neçə adamın əməyi var. Orada klip çəkdirmək üçün icazə almaq çətin idi. Rusiyada yaşayan həmyerlilərimiz kömək etdi. Ən bahalı məkanda çəkiliş oldu, ən bahalı maşın gətirildi".



“Son öpüş” adlı bəstənin sözləri Leyli İsrafilovaya, musiqisi Hacı Nazim Məmmədova məxsusdur. Mahnının ilk ifaçısı müğənni Zamiq Hüseynov olub.

Qeyd edək ki, təqdimat mərasiminə xalq artisti Faiq Ağayev, müğənnilərdən Elton Hüseynəliyev, Emil Bədəlov, Ayaz Qasımov, aparıcılar Afaq Gəncəli, Nanə Ağamalıyeva, Hacı Nuran, Könül Muxtarova, Aytəkin Mərdanova, stilistlər Samiraldo və Nigar İbrahimova da qatılıb.

Fotoları ( Aymoment Group) fotoqraf Yusif Əhmədzadə çəkib.

0
128