Əlil avtomobili yük maşınına çırpıldı: Ölən var

Əlil avtomobili yük maşınına çırpıldı: Ölən var

Bərdə rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Mingəçevir-Bəhramtəpə yolunun 69-cu kilometrliyində Qarabağ əlilinə məxsus “Naz Lifan” “MAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

E.Ə.

0
6