Elnarə efirə dönür - FOTO

Elnarə efirə dönür - FOTO

Müğənni Elnarə Xəlilova yenidən aparıcılığa başlayır. Lent.az-ın məlumatına görə, xanım müğənni Space telekanalında “Xanımlar saatı” adlı proqramda aparıcılıq edəcək. 3 illik fasilədən sonra teleməkana dönən Elnarə Vaqif Mustafayevin dəvəti ilə işə başladığını deyir: “Şəxsən Vaqif Mustafayev məni Space telekanalında aparıcı kimi görmək istədiyini dedi. Özümü hansı formatlı verilişdə, hansı layihədə görmək istədiyimi soruşdu. Mən də xanımlarla bağlı, mətbəxdən tutmuş kosmetologiyaya, geyimə qədər, xanım dedikdə nə yada düşürsə, həmin mövzuları əhatə edən proqramda gördüyümü bildirdim. O da bir dəqiqənin içərisində məni “Xanımlar saatı” verilişinə aparıcı kimi təsdiqlədi”.

Proqram həftə içi 5 gün, saat 12:45-də  Space telekenalında efirə gedəcək. Elnarə bu layihənin də uğurlu olacağına əmindir: “Verilişdə də bir çox dəyişiklik edilib. Dekorasiyadan tutmuş, bir çox yeniliklər var. Mən də öz imicimdə dəyişikliklər etmişəm. Tamaşaçılar yeni verilişdə, yeni dekorasiyada, yeni aparıcını yeni imicdə görəcəklər. Komandamız çox güclüdür. Qarşımıza məqsəd qoymuşuq ki, uğurlu layihə ərsəyə gələcək”.

Xatırladaq ki, müğənni E. Xəlilova uzun müddət ATV və ANS telekanallarında və radioda  aparıcılıq edib.

0
8