Erməni kəndində Nazarbayev küçəsinin adını dəyişəcəklər

Erməni kəndində Nazarbayev küçəsinin adını dəyişəcəklər

Kənddə ondan inciyiblər.

Ermənistanın Şirak vilayətinin Ariç kəndində Qazaxıstan prezidentinin adını daşıyan mərkəzi küçənin adını dəyişməyə hazırlaşırlar. 

Oxu.Az Regnum-a istinadən xəbər verir ki, bu barədə qəsəbə administrasiyasının rəhbəri Roland Nazaretyan bildirib. 

Onun sözlərinə görə, aprelin 14-də ağsaqqallar şurasının bütün üzvləri küçənin adının dəyişdirilərək “Artsax” qoyulmasının lehinə səs veriblər, amma yerli kilsənin rahibləri küçəni Qriqor Lusavoriç adına qoyulmasını təklif ediblər. 

“Şuranın qarşıdan gələn iclasında yekun qərar qəbul ediləcək və küçənin adı dəyişdiriləcək”, - Nazaretyan bildirib. 

O, hələ bir il bundan öncə Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttfaqına daxil olmasına qarşı olanda küçənin adının dəyişdirilməsini istədiklərini, amma “yuxarıdan” Nazaretyana bu addımı atmağı qadağan etdiklərini bildirib. 

İndi isə kənddə Qazaxıstan prezidentinin xahişi ilə Avrasiya İqtisdi İttifaqının baş nazirlərinin sammitinin İrəvanda keçirilməməsindən narazıdırlar. Ariçdə Nazarbayevin Ərdoğan ilə görüşərkən qucaqlaşmalarını görən sakinlərin səbri tamamən tükənib və onlar küçənin adı yazılan lövhəni çıxarıblar. 

0
25