Avropa İttifaqı Azərbaycana vəsait ayırdı

Avropa İttifaqı Azərbaycana vəsait ayırdı

Avropa İttifaqı (Aİ) Azərbaycanda maliyyə, iqtisadiyyat və məhkəmə hakimiyyəti sahələrində məqsədyönlü yardım vasitəsilə Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə dəstəyi davam etdirməyi nəzərdə tutan yardım paketini açıqlayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Oxu.Az-a verilən məlumata görə, 13,5 milyon avro miqdarında fond əsas hökumət idarələrini yardımla təmin edərək kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmçinin biznes mühitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayacaq.

Texniki Əməkdaşlıq İmkanı proqramı kiçik və orta biznesin rəqabət qabiliyyətinin və ixrac fəaliyyətlərinin artırılması və nəticə etibarilə ölkənin qeyri-neft ÜDM artımı və iş yerləri açmaq imkanını yüksəltməyi hədəf götürəcək.

O, müəssisələrin müasirləşməsini, həmçinin tənzimləyici və operativ mühiti dəstəkləyəcək. Proqram bacarıqların və sahibkarlığın gələcək inkişafı, maliyyə və beynəlmiləlləşdirməyə keçid üçün səriştənin yaradılmasını diqqət mərkəzində saxlayacaq.

Bu ikitərəfli yardım paketi Aİ və Azərbaycanın bir neçə əməkdaşlıq sahəsində irəliləmək istəyini təsdiqləyir və yeni ikitərəfli sazişin gələcək müzakirələrini dəstəkləyəcək.

U.A.

0
6