Bred Pitt Coli ilə boşanmasından danışdı: Çox kədərlənirəm

Bred Pitt Coli ilə boşanmasından danışdı: Çox kədərlənirəm

Xəbər verdiyimiz kimi, Hollivud ulduzları Ancelina Coli ilə həyat yoldaşı Bred Pitt boşanır.

Oxu.Az xəbər verir ki, A.Coli TMZ-yə açıqlamasında B.Pittin valideyn öhdəliklərini yerinə yetirməməsindən narazılıq edib və məhkəmədən altı uşağın himayəsinin ona verilməsini, həyat yoldaşının uşaqlara yalnız istirahət günlərində baş çəkməsinə dair qərar çıxarmasını xahiş edib.

Bred Pitt isə Daily Mail-ə müsahibəsində Ancelina Coli ilə boşanmasına görə kədərləndiyini bildirib:

“Mən bu hadisəyə görə çox kədərlənirəm. İndi əsas olan uşaqlarımızın sağlamlığıdır. Mən KİV-dən xahiş edirəm ki, bu çətin dövrdə onlara toxunmasınlar”.

Qeyd edək ki, cütlüyün 6 övladı var. Onlardan üçü - Şaylo adlı qız, əkizlər Noks və Vivyen ulduzların öz övladlarıdır. Həmçinin onlar kambocalı Meddoks, vyetnamlı Paks və efiopiyalı Zaxarayanı da övladlığa götürüblər.

Aytən Sadıqzadə

0
31