Şirvanda 8 yaşlı qız bruselyozdan öldü

Şirvanda 8 yaşlı qız bruselyozdan öldü

Şirvanda 8 yaşlı qız bruselyozdan dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bruselyoz xəstəliyinə yoluxması ehtimal olunan Şirvan sakini, 2008-ci il təvəllüdlü Məmmədova Minar Ruslan qızı vəziyyəti ağırlaşdığından Şirvan şəhər xəstəxanasına aparılıb.

Həkimlər azyaşlının xəstəxanaya artıq keçinmiş vəziyyətdə daxil olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
29