Nyu-Yorkdakı partlayışda yaralıların sayı 31-ə çatdı

Nyu-Yorkdakı partlayışda yaralıların sayı 31-ə çatdı

Bakı-APA.  Nyu-Yorkda törədilən partlayış nəticəsində xəsarət alanların sayı 31-ə çatıb , onların arasında Böyük Britaniya vətəndaşı da var.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 29 nəfərin xəsarət aldığöı bildirilib.

Qeyd edək ki, partlayış şənbə günü axşam saatlarında törədilib. Həmin gün dahabir partlayış Nyu-Cersidə törədilib.

Partlayışları törətməkdə şübhəli bilinən 28 yaşlı Əfqanıstan əsilli Əhməd Xan Rahami saxlanılıb.

0
9