Ronaldonun yeni sevgilisi

Ronaldonun yeni sevgilisi

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo bu ilin əvvəlində rus model İrina Şeykdən ayrıldıqdan sonra bir neçə dəfə başqa qızlarla gündəmə gəlmişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun adı bu günlərdə model Dezire Kordero ilə çəkilir.

Ronaldonun 2014-cü ildə İspaniya gözəli seçilmiş 23 yaşlı modellə eşq yaşadığı bildirilir.

Qeyd edək ki, K.Ronaldo, bu yay modellər Elza Qonzalez və Paula Suarezlə də birlikdə görünmüşdü.

0
12