Ərdoğan: “BMT-də islahatlar aparılmalıdır”

Ərdoğan: “BMT-də islahatlar aparılmalıdır”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı təşkilatda, xüsusilə, təhlükəsizliyin təminatına dair qərarların qəbulu sahəsində islahatların keçirilməsinin vacibliyini qeyd edib.

“BMT-də islahatların aparılmasının vaxtı çatıb. Bu baxımdan baş katib Pan Qi Mun tərəfindən bundan əvvəl irəli sürülən təşəbbüslər çox mühümdür. İlk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar keçirilməlidir. BMT TŞ-nin beş daimi üzvü təklikdə bu cür qərarlar verə bilmir”, - deyə Ərdoğan bildirib.  

Ərdoğan həmçinin qeyd edib ki, “Ərəfat qalxanı” əməliyyatının məqsədi Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasıdır.

0
13