Obamadan "nüvə" ölkələrinə çağırış

Obamadan "nüvə" ölkələrinə çağırış

ABŞ prezidenti Barak Obama nüvə silahı olan ölkələri onu heç vaxt sınaqdan keçirməməyə və arsenallarını azaltmağa çağırıb.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama bu çağırışı BMT Baş Assambleyasının 71-ci iclasında çıxışı zamanı edib.

“ABŞ kimi nüvə silahına malik olan dövlətlərin üzərinə onun (nüvə silahının) ehtiyatlarının azaldılması və heç vaxt istifadə edilməməsi kimi məsuliyyət düşür”, - deyə Obama qeyd edib.    

0
16