Obama: Rusiya keçmiş şöhrətini güc vasitəsi ilə bərpa etmək istəyir

Obama: Rusiya keçmiş şöhrətini güc vasitəsi ilə bərpa etmək istəyir

ABŞ prezidenti Barak Obama Rusiyaya xarici siyasətin aparılmasına dair məsləhət verib.

Oxu.Az xəbər verir ki, Amerika liderinin BMT Baş Assambleyasının 71-ci sessiyasında səsləndirdiyi sözləri Yahoo News nəşri sitat gətirir.

“İmperiya dövrü keçmişdə qalıb. Biz görürük ki, Rusiya keçmiş şöhrətini güc vasitəsilə qaytarmağa çalışır. Rusiya qonşu dövlətlərin işlərinə qarışmamalıdır. Bu siyasət yalnız ölkə daxilində dəstəklənə bilər, lakin zaman keçdikcə elə bu siyasət onları zəiflədəcək və təhlükəsizlik səviyyəsini aşağa salacaq”, - Obama bəyan edib.

S.B.

0
11