XİN: Ermənistan ordusunun Ağdamda keçirdiyi təlimlər təxribatdır

XİN: Ermənistan ordusunun Ağdamda keçirdiyi təlimlər təxribatdır

Azərbaycanın işğal olunmuş Ağdam rayonunda artilleriya və ağır texnikanın cəlb olunması ilə Ermənistan silahlı qüvvələrinin canlı atəş hazırlığı məşqləri Ermənistanın növbəti ciddi təxribatıdır və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini təhdid edir.

Oxu.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur”, - deyə o vurğulayıb.

S.B.

0
30