Tovuzda qadın amansızlıqla qətlə yetirilib

Tovuzda qadın amansızlıqla qətlə yetirilib

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.

Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək öldürülüb.

Hadisə yerinə polis hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparırlar.

S.B.

0
22