“Qarabağ”lı futbolçunun vəziyyətinə aydınlıq gəldi

“Qarabağ”lı futbolçunun vəziyyətinə aydınlıq gəldi

Topaz Premyer Liqasının V turunda “Zirə” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Muarem Muaremin durumuna böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, makedoniyalı yarımmüdafiəçinin zədəsi ciddi deyil.

İlk hissədə xəsarət alan Muarem bu səbəbdən fasilədə əvəzlənib. Baş məşqçi Qurban Qurbanov onun zədəsinin daha da ağırlaşa biləcəyini nəzərə alaraq, futbolçunu meydandan çıxarıb.

28 yaşlı xavbek ayağında ağrı hiss etsə də, ilkin tibbi müayinədən sonra onun zədəsinin ciddi olmadığı müəyyənləşib. Təkrar tibbi müayinədən sonra futbolçunun vəziyyətinə tam aydınlıq gələcək. Muaremin növbəti matçda komandasına kömək edəcəyi istisna olunmur.

Qeyd edək ki, “Qarabağ” ölkə çempionatında növbəti görüşünü sentyabrın 25-də “Kəpəz”ə qarşı keçirəcək.

0
9