Obama son çıxışına gecikdi

Obama son çıxışına gecikdi

ABŞ prezidenti Barak Obama çərşənbə axşamı, sentyabrın 20-də, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının iclasında öz çıxışına gecikib.

Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti nəşri yazır.

“Assambleyanı qəbul edən ölkənin prezidenti hələlik bizimlə deyil”, - 71-ci sessiyanın sədri Piter Tomson bildirib.

İclası dayandırmamaq üçün Obamanın əvəzinə söz Çadın prezidenti İdris Debiyə verilib. Amerika liderinin sonradan çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Obamanın prezident səlahiyyətləri 2017-ci ilin yanvar ayında başa çatır. O ölkəyə 2009-cu ildən başçılıq edir və üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.

S.B.

0
13