Rövnəq Abdullayev: SOCAR heç bir layihəsindən imtina etməyib

Rövnəq Abdullayev: SOCAR heç bir layihəsindən imtina etməyib

Şirkətin aktivləri 40 milyard manata çatır.“Dünya bazarında neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) heç bir layihəsindən imtina etməyib”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20 sentyabr - Neftçilər günü münasibətilə keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, həyata keçirilən layihələrin başa çatdırılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək.

R.Abdullayev neft-qaz sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, 22 il öncə imzalanmış “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin əhəmiyyətindən, bu illərdə qazanılan uğurlardan danışıb.

O, həmçinin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə sazişin 20 illiyinin qeyd olunduğunu, yataqdan indiyədək 75 mlrd. kubmetr qaz, 19 mln. ton kondensat hasil edildiyini, hazırda “Şahdəniz-2” layihəsi üzrə işlərin qrafikə uyğun uğurla irəlilədiyini qeyd edib.

SOCAR-ın prezidenti şirkətin ölkədə və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən də danışıb, rəhbərlik etdiyi şirkətin aktivlərinin 40 mlrd. manata çatdığını bildirib.

U.A.

0
28