Referendumla əlaqədar sentyabrın 25-i “sükut günü”dür

Referendumla əlaqədar sentyabrın 25-i “sükut günü”dür

Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar sentyabrın 25-i, həftənin bazar günü “sükut günü”dür.

Oxu.Az Report-a istinadən xəbər verir ki, referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında üç – “Yeni Azərbaycan”, “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” təşviqat qrupu qeydiyyatdan keçib.

Qeydə alınan təşviqat qrupları sentyabrın 3-dən təşviqata başlayıb. Təşviqat sentyabrın 25-də saat 08:00-da başa çatacaq. Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

E.Ə.

0
31