Bakıda NATO təlim keçirir – FOTO

Bakıda NATO təlim keçirir – FOTO

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması” mövzusunda təlim kursu keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, kurs müddətində iştirakçılara “NATO HHQ-nin Komanda və Qüvvə strukturu”, “Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri” və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də işçi qruplarda fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu sentyabrın 23-dək davam edəcək.

A.M.

0
26