Valeri Miladze Bakıya gələcək

Valeri Miladze Bakıya gələcək

Xəbər verdiyimiz kimi, dünyaca məşhur azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov ölkəmizdə ikinci dəfə reallaşacaq “Jara - 2017” Beynəlxalq Musiqi Festivalının gələn ilin iyulun 27-dən 30-na kimi keçiriləcəyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edəcək ilk əcnəbi məşhurun adı məlum olub.

Bu, Rusiyanın Əməkdar artisti, Çeçenistan Respublikasının Xalq artsiti Valeri Miladzedir. Bu haqda Emin rəsmi “Instagram” hesabında məlumat verib.

Xatırladaq ki, “Jara - 2016” Beynəlxalq Musiqi Festivalı iyulun 9-u və 10-da Xəzərin sahilində, “Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış etmişdi.

Aytən Sadıqzadə

0
13