Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində təlim keçir

Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində təlim keçir

Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam şəhərində zirehli texnika və artilleriya qurğularından istifadə etməklə təlim keçir.

Ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz və tüstü dumanı təmas xəttindəki kəndlərdən görünür. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

N.O.

0
37