Serj Sarqsyan yeni nazirlər təyin edib

Serj Sarqsyan yeni nazirlər təyin edib

Ermənistan prezidenti Serj Sarqsyan hökumətə ilk təyinatlar edib.

Oxu.Az News.am saytına istinadən xəbər verir ki, bununla bağlı Serj Sarqsyan fərman imzalayıb.

Fərmana əsasən, Vaçe Qabrielyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri David Arutyunyan isə hökumət aparatının naziri-rəhbəri vəzifəsində qalıb.

Vardan Aramyan yeni maliyyə naziri, Vaan Martirosyan yeni nəqliyyat və rabitə naziri, İqnati Arakelyan yeni kənd təsərrüfatı naziri, Aşot Manukyan isə yeni energetika və təbii sərvətlər naziri təyin olunub.

Aleksan Arutyunyan Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.

A.M.

0
6