Dollar dəyişmək üçün ən sərfəli banklar

Dollar dəyişmək üçün ən sərfəli banklar

Sentyabrın 16-da Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Amrahbank”dır.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,6450 manata alır.

Dolların qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank”dır. Bu bankda alış qiyməti 1,5716 manatdır. Dolların ən aşağı satış qiyməti isə “Bank BTB” və “Naxçıvanbank”dadır.

Bu banklar dolları 1,6550 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1,7025 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avronun qiymətləri

Avronu ən baha “Bank BTB” alır - 1,8300 manat. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”dır - 1,7500 manat. Avronu ən ucuz “Unibank” satır - 1,8481 manat.

Avronun ən baha satış qiyməti 1,9023 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı” avronu bu məzənnə ilə satır.

U.A.

0
11