Azərbaycanlı müğənni oğluna mahnı həsr edib - VİDEO

Azərbaycanlı müğənni oğluna mahnı həsr edib - VİDEO

Müğənni Lətifə Soyuöz “Aşk bu” adlı yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Günel Sərdarqızına aiddir. Mahnının aranjiman işi Yaşar Baxışa həvalə olunub. L.Soyuöz mahnını oğlu Arifə həsr etdiyini bildirib: “Oğlum dünyaya gələndə Günel xanım mənə bu mahnını hədiyyə etdi. Çox xoşuma gəldi. Mənim və Arifin ən sevimli mahnısıdır. Bu Arifə eşq etirafımdır”.

Qeyd edək ki, L.Soyuöz eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasının solistidir.

0
8