SOCAR neftçilər üçün mənzil tikəcək

SOCAR neftçilər üçün mənzil tikəcək

Şirkətin 3 mindən çox işçisi mənzil uçotundadır.“Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub. 2010-cu ildə bu məqsədlə yaratdığımız “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışaraq fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin edib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.

“Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır ki, onların da 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır.

Hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli 1, “Azərikimya” İB-nin əməkçiləri üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır.

Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi də inşa olunacaq. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb.

Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulur. SOCAR üzrə rayonlarda mənzil uçotunda olanların yaşayış sahələri ilə təmin olunması məqsədilə də mütəmadi olaraq tədbirlər görülür”, - deyə R.Abdullayev qeyd edib.

Ülviyyə R. Əli

0
11