Neftin qiyməti yenidən ucuzlaşır

Neftin qiyməti yenidən ucuzlaşır

Dünya bazarında neftin qiyməti ucuzlaşır.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51% ucuzlaşaraq 43,08 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28% azalaraq 45,82 dollar olub.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI neftinin qiyməti bir barelə görə müvafiq olaraq 46,54 və 43,81 dollar olmuşdu.

Ülviyyə R. Əli

0
9