Poroşenko Hillari Klinton ilə görüşdü

Poroşenko Hillari Klinton ilə görüşdü

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ prezidentliyinə namizəd Hillari Klinton ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün “Tvitter” səhifəsində yazıb.

P.Poroşenko BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Qeyd edək ki, Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 130 dövlət və hökumət başçısı, 50 XİN rəhbəri səfər edib.

0
12