Amerikada polis daha bir qaradərilini öldürdü

Amerikada polis daha bir qaradərilini öldürdü

 ABŞ-da polis əməkdaşı qaradərili şəxsi güllələyərək öldürüb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Oklahoma ştatının Talsa şəhərində qeydə alınıb.

Faktı təsdiqləyən polis rəisi Çak Cordan bildirib ki, öldürülən Terens Kratçerin üzərində silah olmayıb. Ona məxsus avtomobildə də hər hansı silah aşkarlanmayıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

0
24