Suriyada humanitar yardım karvanı atəş tutuldu

Suriyada humanitar yardım karvanı atəş tutuldu

Suriyanın Hələb şəhərinə humanitar yardım aparan avtomobil karvanı atəşə tutulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

“Hələbə göndərilən humanitar karvan atəşə tutulub. Hazırda hadisənin detalları araşdırılır”, deyə F.Haq bildirib.

“Anadolu” agentliyinin məlumatına görə, avtomobil karvanını Suriya ordusuna məxsus helikopterlər atəşə tutub. Hadisə nəticəsində 12 nəfərin öldüyü, 18-in yaralandığı, 20 yük maşının yandığı bildirilir.

0
15