Konqoda iğtişaşlar: 50 ölü

Konqoda iğtişaşlar: 50 ölü

Konqoda polislə etirazçılar arasında baş verən iğtişaşlar nəticəsində 50 nəfər ölüb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Kinşasada müxalifətçilər  prezident Jozef Kabila və onun hökumətinə qarşı kütləvi aksiyalar keçirib.

Konqoda növbəti prezident seçkiləri noyabrda keçiriləcək. Dövlət başçısı postuna əsas namizədlər  hazırkı prezident J.Kabila və müxalifət namizədi Moiz Katumbidir.

0
10