Bağdadda silsilə partlayışlar: 10 ölü, 27 yaralı

Bağdadda silsilə partlayışlar: 10 ölü, 27 yaralı

Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 10  nəfər ölüb, 27 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Əl-Mədayin rayonunda baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər yaralanıb, Əl-Yusufiyyə bölgəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daha iki nəfər Bağdadın digər ərazilərində baş verən terror aktlarının qurbanı olub.

Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

0
12