“Qarabağ” və “Qəbələ”dən inamlı qələbə

“Qarabağ” və “Qəbələ”dən inamlı qələbə

Bu gün, sentyabrın 19-da, futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda uzun müddət aradan sonra yenidən doğma meydanda azarkeşləri ilə görüşən “Qəbələ” AZAL-ı sınağa çəkib.

Roman Qriqorçukun yetirmələri qonaqların qapısından üç cavabsız top keçirib. “Qəbələ”nin heyətində Filip Ozobiç, Ruslan Qurbanov və Roman Hüseynov müvafiq olaraq 31, 56 və 65-ci dəqiqələrdə fərqləniblər.

Turun son matçında isə “Qarabağ” “Zirə” ilə qarşılaşıb. “Əlincə Arena”da keçirilən matç Ağdam təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində Rahid Əmirquliyev dubla imza atıb ( 21 və 40-cı dəq.).

Turnir cədvəli:

Komanda Xal Oyun
1. Qarabağ 12 5
2. İnter 11 5
3. Qəbələ 10 4
4. Kəpəz 6 5
5. Zirə 6 5
6. Sumqayıt 4 4
7. Neftçi 3 5
8. AZAL 1 5
0
10