İki bacının öldüyü qəzanın təfərrüatları: İşə gecikirdilər... – FOTO

İki bacının öldüyü qəzanın təfərrüatları: İşə gecikirdilər... – FOTO

Bir neçə gündür ölkədə ən çox danışılan qəza ilə bağlı bu gün daha bir acı xəbər gəldi. Hadisə günü yerindəcə vəfat edən Sürəyya Qəhrəmanlının özündən bir yaş kiçik bacısı Leyla Qəhrəmanlı da xəstəxanada vəfat etdi.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün bacıların yaşadığı binada olublar.

Nəşrin əməkdaşları dəqiqləşdiriblər ki, Leylanın cənazəsi 3 gün öncə vəfat edən böyük bacısı Sürəyyanın məzarının yanında dəfn ediləcək.

Uzun illər ailə ilə yaxın olan qonşular bu faciədən dərin sarsıntı keçirdiklərini bildiriblər:

“Sürəyyanın dəfn olunduğu yer ailə üçün özəldir. Belə ki, Sürəyya rəhmətlik nənəsinin adını daşıyır. Onun nənəsi bir neçə il öncə sentyabrın 15-də, nəvəsi Sürəyyanın vəfat etdiyi tarixdə dünyasını dəyişib. Nəvə Sürəyya də nənə Sürəyyanın məzarının yanında dəfn olunub. Görünür, bizim Sürəyya nənəsinin təkcə adını yox, həm də taleyini özündə daşıyıb...”

Ailəni bu hüznə qərq edən hadisə isə bacıların işə gecikməsinə görə olub. Sürəyya valideynlərinə ilk dərs günü olduğu üçün Bakı-Sumqayıt yolu ilə getməyəcəyini, Novxanı yolundan istifadə edəcəyini deyib. Yaxşı tanımadığı bu yol isə onu yubadıb. İnsan resursları şöbəsində çalışdığı klinikaya çatmaq üçün tələsən Sürəyya yüksək sürətlə hərəkət edərək qarşısındakı avtomobili ötməyə çalışıb, bu zaman isə qarşıdan gələn yük avtomobili ilə toqquşub.

0
105