Tanınmış rejissor aktrisanın yubileyində dünyasını dəyişib

Tanınmış rejissor aktrisanın yubileyində dünyasını dəyişib

Rejissor Ələkbər Kazımovski vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Musiqili Teatrdan məlumat verilib.

Teatrdan bildiriblər ki, bu gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri Bakıdakı restoranların birində keçirilib. Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

Ə.Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.

S.B.

0
23