Rusiyada DTK bərpa edilir

Rusiyada DTK bərpa edilir

2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər Rusiyada Federal Təhlükəsizlik Xidmətinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılması planlaşdırılır.

Oxu.Az xəbər verir ki, güc strukturlarının islahat planlarına müvafiq olaraq, yeni quruma xarici kəşfiyyat və mühafizə xidməti daxil olacaq, “Kommersant” yazır.

İslahatlar Federal Təhlükəsizlik Xidmətinə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin funksiyalarının qaytarılmasını nəzərdə tutur. Yeni strukturun Dövlət Təhlükəsizliyi Nazirliyi statusu əldə edəcəyi gözlənilir. Bu qurumun ən səs-küylü işləri icraata götürə biləcəyi, yaxud da əsasında öz materiallarının yer aldığı cinayət işlərinə nəzarəti ələ keçirəcəyi istisna deyil.

Həmçinin İstintaq Komitəsinin Baş Prokurorluğun tərkibinə qaytarılacağı, Fövqəladə Hallar Nazirliyinin funksiyalarının isə Müdafiə və Daxili İşlər nazirlikləri arasında bölüşdürüləcəyi nəzərdə tutulur.

Nəşrin mənbəsinin məlumatına görə, islahatlara hazırlıq Milli Qvardiya yaradıldıqdan sonra başlanılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, güc nazirliklərinin nəticədə Dövlət Təhlükəsizlik Nazirliyinin yaradılmasının planlaşdırdığı islahatlar barədə məlumatı təsdiqləyə bilməz.

0
7