II Şəki Beynəlxalq Teatr Festivalında yeddi ölkənin teatrı iştirak edir – FOTO

II Şəki Beynəlxalq Teatr Festivalında yeddi ölkənin teatrı iştirak edir – FOTO

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı davam edir. Festivalda yeddi ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) 12 teatrı iştirak edir.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tamaşaların 8-i Şəki şəhərində, 3-ü Mingəçevirdə, 1-i isə Bakıda göstəriləcək.

Sentyabrın 16-da, festivalın ikinci günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əl-Əhli Teatrı Şəki Dram Teatrının səhnəsində “Mirvari günlər” tamaşasını təqdim edib. Rolları Bədriyyə Əhməd və Budur Muhəmməd oynayıb.

Tamaşadan sonra Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından qonaqlara festivalın diplom və xatirə hədiyyəsi təqdim edilib.

Həmin gün festivalın daha bir iştirakçısı - İran İslam Respublkasının “Neğab” teatrı Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Onlar X.Təqiani Purun “Kütləvi xoşbəxtlik” tamaşasını göstəriblər.

Məlumat üçün bildirək ki, festival çərçivəsində Şəkidə və Mingəçevirdə nümayiş etdirilən tamaşalarda 140 nəfər əcnəbi turist iştirak edib.

A.S.

0
54