Bakıda daha bir yol təmir olunur

Bakıda daha bir yol təmir olunur

Nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Daha bir küçədə təmir işlərinə başlanılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a daxil olan məlumata görə, 19 aprel səhər saat 10:00-dan etibarən Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.

Sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

0
21