Aydın Əliyev: Bir tondan çox heroinin Azərbaycana keçirilməsinə cəhd edilib

Aydın Əliyev: Bir tondan çox heroinin Azərbaycana keçirilməsinə cəhd edilib

“Bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan çox narkotik vasitə - heroin aşkarlanıb. Bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Əfqanıstan Gömrük Departamentinin baş direktoru Əhməd Rəşad Popal ilə görüşündə deyib.

Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan komitə sədri, hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.

Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb.

O, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Baş direktor, eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü də bildirib.

U.A.

0
6