Depozit hərracında 65 milyon manat cəlb olundu

Depozit hərracında 65 milyon manat cəlb olundu

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərrac keçirilib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, depozit hərracında tələb 65 milyon manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,85% təşkil edib.

Qeyd edək ki, bank keçiriləcək hərrac vasitəsilə 50 milyon manatın cəlb edilməsini proqnozlaşdırırdı.

U.A.

0
6