İrandan sərt ittiham: ABŞ İŞİD-i dəstəkləyir

İrandan sərt ittiham: ABŞ İŞİD-i dəstəkləyir

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın Deyr er Zor şəhərində Suriya ordusuna aid hərbi bazanı hədəf almasını şiddətli qınayıb.

Lent.az-ın “sözcü”-ə istinadən məlumatına görə, İran XİN-in yazılı açıqlamasında bu hücum ABŞ-ın İŞİD-i dəstəklədiyinin göstəricisi kimi qələmə verilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Behram Kazımi yazılı açıqlamasında bildirib ki, ABŞ-ın bu hərbi bazaya hücumu ilə İŞİD-in hücumunun üst-üstə düşməsi  terror təşkilatının ABŞ-ın dəstəyini aldığını göstərir.

Qeyd edək ki, ABŞ-ın Suriya ordusuna hava hücumu zamanı 62 suriyalı əsgərin öldüyü haqda məlumat verilmişdi.

0
9