TÜRKSOY Teatr Direktorları Şurasının 5-ci toplantısı keçirilib – FOTO

TÜRKSOY Teatr Direktorları Şurasının 5-ci toplantısı keçirilib – FOTO

Sentyabrın 17-də Şəkidə TÜRKSOY Teatr Direktorları Şurasının 5-ci toplantısı keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbirin keçirilməsi üçün Şəki şəhərinin seçilməsi təsadüfi deyildir. Əvvəla, Şəki 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub və bu il ərzində TÜRKSOY xətti ilə keçirilən bir çox tədbirlərə qucaq açıb.

İkincisi, bu günlərdə davam edən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı türkdilli xalqların teatr sahəsində əməkdaşlığının perspektivlərinin müzakirəsi üçün ən əlverişli məkan sayıla bilər. Üstəlik, bu ildən etibarən şurada Azərbaycanı S.Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili təmsil edir.

Qeyd edək ki, TÜRKSOY təşkilatında Teatr Direktorları Şurası 2011-ci ildə yaradılıb və ötən müddətdə bir sıra layihələr həyata keçirib.

A.S.

0
8