İran Azərbaycana 2,6 milyard dollar sərmayə qoyub

İran Azərbaycana 2,6 milyard dollar sərmayə qoyub

“İran şirkətləri Azərbaycan iqtisadiyyatına 2,6 milyard dollar sərmayə qoyub”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən “Iran Project-2016” sərgisində deyib.

Onun sözlərinə görə, bu məbləğin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb.

S.Babayev qeyd edib ki, Azərbaycanda İran kapitalı ilə təqribən 450 şirkət fəaliyyət göstərir.

O əlavə edib ki, 2016-cı ilin yeddi ayında iki ölkə arasında əmtəə dövriyyəsi 70% artıb.

U.A.

0
7