Dollarla verilən kreditlər yeddi illik minimumda

Dollarla verilən kreditlər yeddi illik minimumda

2007-2009-cu illərdə baş verən qlobal maliyyə böhranından sonra ilk dəfə olaraq ABŞ nəzərə alınmamaqla qlobal kreditləşmənin həcmində azalma müşahidə olunur.

Oxu.Az-ın məlumatına görə, APA “İnterfax” agentliyinə istinadən bildirir ki, bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (Bank for International Settlements, BIS) açıqladığı məlumatlarda deyilir.

Məlumatlara əsasən, cari ilin birinci rübündə qeyri-amerikalılara dollarla verilən kreditlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% azalaraq 7,9 trilyon dollara enib.

Dünya üzrə likvidliyin əsas indikatoru olan “emerging markets” (EM) ölkələrində dollarla verilən kreditlərin həcmi martın sonuna 137 milyard dollar azalaraq 3,2 trilyon dollar olub.

Buna baxmayaraq, BIS ekspertləri qeyd edir ki, vəziyyət yaxın aylarda dəyişə bilər. Buna EM emitentləri tərəfindən yerləşdirilən istiqrazlar, o cümlədən aprel-iyun aylarında baş verən kapital axını səbəb ola bilər.

Bundan başqa, Avrozonadan kənarda avro ilə verilən kreditlərin həcmi cari ilin I rübündə son 2 ildə ilk dəfə olaraq azalıb. Bu isə Avropa İttifaqının bank sektorunun zəifliyindən xəbər verir.

U.A.

0
6