Azərbaycanda dərman zavodu tikilir

Azərbaycanda dərman zavodu tikilir

Zavodun sahəsi azad ticarət zonasında ola bilər.“Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın “R-Farm” iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.

O qeyd edib: “Zavodun sahəsi üçün iki potensial əraziyə baxırıq. Bu, Ələt qəsəbəsindəki azad ticarət zonası və Sumqayıt Kimya-Sənaye Parkıdır”.

A.Burxanovun sözlərinə görə, tikinti işlərinə bu ilin sentyabrında start veriləcək, 2019-cu ilin sonunda isə istehsal layihə gücünə çıxmalıdır.

O əlavə edib ki, ilkin mərhələdə qablaşdırma istehsalının təşkili planlaşdırılır: “İkinci mərhələdə regional distribüter mərkəzi və laboratoriya olacaq. Üçüncü mərhələdə isə dərman vasitələrinin istehsalına başlanılacaq”.

U.A.

0
28