Rusiyada üç Azərbaycan vətəndaşı güllələndi

Rusiyada üç Azərbaycan vətəndaşı güllələndi

Qatçinada üç Azərbaycan vətəndaşını güllələdilər.

Oxu.Az mr7.ru saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Qatçinada yerləşən barların birinin yaxınlığında baş verib.

Kişilər arasında başlanan mübahisə nəticəsində onlardan biri atəş açıb.

Məlumata görə, 20 yaşlı şəxs əlindən, 22 yaşlı şəxs boynundan və böyründən, 27 yaşlı şəxs isə ayağından yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib.

Hadisə 25 Oktyabr prospektində yerləşən barın yaxınlığında baş verib.

Fakt üzrə araşdırma aparılır.

0
10