Maliyyə Palatası: Sığorta bazarı artıb

Maliyyə Palatası: Sığorta bazarı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 356,18 milyon manat sığorta haqqı toplanıb.

Oxu.Az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən yaydığı məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,85% çoxdur.

8 ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 136,772 milyon manat təşkil edib. Bu da ötən ilin yanvar-avqustuna nisbətən 17,75% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin ilk 8 ayında 37,1 manat olub.

U.A.

0
13