“Formula 1” üzrə Sinqapur Qran Prisində trasa böyük kərtənkələ çıxıb – FOTO

“Formula 1” üzrə Sinqapur Qran Prisində trasa böyük kərtənkələ çıxıb – FOTO

“Formula 1” üzrə Sinqapur Qran Prisində maraqlı hadisə baş verib.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, yarış zamanı trassa böyük kərtənkələ çıxıb.

Bu barədə “Red Bull”un pilotu Maks Ferstappen komanda ilə radio əlaqə zamanı bildirib.

“McLaren”in sürücüsü Fernando Alonso da sosial şəbəkədə canlıların yola çıxmasından söz açıb. O, Kanadada keçirilmiş Qran Pridə küçə itlərinin trasa çıxdığını yazıb.

Bu cür hadisələr digər Qran prilərdə də baş verib. Avstriyada maral, Malayziyada ilan, 17 - 19 iyunda Bakıda keçirilmiş Avropa Qran Prisində isə pişik pilotlara maneçilik törədib.

Qeyd edək ki, Fernando Alonso Avropa Qran Prisinin elçisi olub.

E.Ə.

0
10