Qaxda şadlıq sarayının sahibi qəza törətdi – FOTO

Qaxda şadlıq sarayının sahibi qəza törətdi – FOTO

Qaxda şadlıq sarayının sahibi qəza törədib.

Oxu.Az xəbər verir ki, “Report”un Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun 26-cı kilometrliyində, yolun Qax şəhəri ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Qax rayonunun Qıpçaq kənd sakini, 1971-ci il təvəllüdlü, Araz Qürbət oğlu Məmmədov idarə etdiyi 353-XT-89 Rusiya dövlət nömrə nişanlı “İnfiniti” markalı avtomobillə Qaxdan Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun sol tərəfinə aşıb.

Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb və deformasiyaya uğrayıb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub.

Qəza törədən sürücünün xəsarətləri yüngül olduğundan xəstəxanaya getməkdən imtina edib.

Qeyd edək ki, A.Məmmədov Qax rayonunun Qıpçaq kəndində yerləşən və öz adını daşıyan “Araz” şadlıq sarayının rəhbəridir.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
18