Bəzi banklar dolların alış kursunu artırıb

Bəzi banklar dolların alış kursunu artırıb

Mərkəzi Bank dolların rəsmi məzənnəsinin aşağı düşdüyünü açıqlasa da, banklarda dolların alış və satış qiymətləri artır.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bazar ertəsindən etibarən banklar dolların qiymətini artırıblar. Məsələn, ötən cümə günü 1 dolları 1,6250 manata alan və 1,6500 manatdan satan “Amrahbank”, bu gün kursu “alış: 1,6350 manat, satış: 1,6530 manat” səviyyəsində müəyyən edib.

Həmçinin ötən cümə günü dolları 1,6300 manatdan alan və 1,6500-dan manata satan “Bank of Baku”, bu gün 1 dolları 1,6350 manatdan alır, 1,6650 manatdan satır.

Dolların qiymətini az sayda bank cüzi aşağı salıb. Bir sıra bank dolların alış və satış qiymətini dəyişməyib.

Qeyd edək ki, Mərkəzi Bank və Neft Fondu son iki hərracda banklara 378,1 milyon dollar satmış, bundan sonra dollar ucuzlaşmağa başlamışdı.

Sentyabrın 8-də Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Dövlət Neft Fondu tərəfindən 200 milyon dollar və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 100 milyon dollar olmaqla, ümumilikdə 300 milyon dollar məbləğində vəsait satışa çıxarılmışdır.

Hərracda məcmu tələb 402,56 milyon dollar təşkil etmişdir.

Sonuncu dəfə, sentyabrın 14-də Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Dövlət Neft Fondu tərəfindən 150 milyon dollar məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda 22 bank iştirak etmiş və məcmu tələb 78,11 milyon dollar təşkil etmişdi.

U.A.

0
8